İran ABŞ-a yenidən hücum edəcəyini açıqladı - "Bu hələ intiqam deyil"


İran Müdafiə Nazirliyinin sözçüsü general Əbulfazl Şikarçı ABŞ-ı təhdid edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Əbulfazl Şikarçı ABŞ-ın İraqda yerləşən hərbi hissələrinə edilən hücumun hələ tam intiqam olmadığını bildirib. İran Müdafiə Nazirliyinin sözçüsü həmçinin deyib ki, ABŞ-ın hava hücumundan müdafiə sistemləri lazımi qədər güclü deyil:
"Bizim əsl intiqamımız o səviyyədə olacaq ki, ABŞ hər şeyini yığışdırıb bölgədən uzaqlaşacaq".
Jurnalistlər generaldan İran hücumunun ABŞ-la razılıq əsasında baş tutduğunu və bu səbəbdən də ABŞ əsgərlərinin əvvəldən hərbi hissələri tərk etdiyi iddiasını da soruşublar. General isə bu iddianın səhv olduğunu və ABŞ tərəfindən ortaya atılan əsassız xəbər olduğunu bildirib.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top