Şahzadə Harri və Meqan Markl krallığın maliyyə imtiyazından imtina ediblər


Böyük Britaniya kraliçasının nəvəsi şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl, statuslarına görə onlara təyin edilən maliyyə imtiyazından imtina ediblər.

Bu barədə cütlük özlərinin “Instagram” səhifəsində məlumat yerləşdirib.

Kral ailəsinin üzvləri bir neçə aydır bu barədə düşündüklərini, monarxiya daxilində mütərəqqi rola keçmək niyyətində olduqlarını qeyd ediblər.

“Biz kral ailəsinin yüksək vəzifəli üzvləri sayılmaqdan kənarlaşmaq və maddi cəhətdən müstəqil olmaq üçün çalışırıq. Bütün hallarda hər zaman Əlahəzrət Kraliçaya dəstək verəcəyimizə söz veririk”.

Açıqlamada cütlük yalnız Böyük Britaniyada deyil, ABŞ-da yaşamaq niyyətində olduqlarını da bəyan ediblər.

Harri və Meqan bunu bir tərəfdən övladlarını kral ənənələrinə uyğun böyüdəcəklərini, digər tərəfdən yeni xeyriyyə təşkilatlarını yaratmaq üçün yer alacaqları ilə izah ediblər.//Report

DİGƏR XƏBƏRLƏR

Top