Azərbaycanda yol polisi avtomobili belə qəzaya düşdü - ANBAAN VİDEO


Bakı-Qazax avtomagistralının Hacıqabuldan keçən hissəsində yol polisi avtomobilinin qəzaya uğrama anı kameraya düşüb.

Hadisə yanvarın 4-də baş verib.
Qəza zamanı Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayının 99 YP 870 dövlət qeydiyyat nişanlı patrul maşını idarəetməni itirərək, yol kənarındakı dəmir maneəyə çırpılıb.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top