İran ABŞ ordusuna hücumdan əvvəl bu videonu yayımlayıb – "İntiqam üçün az qaldı" – VİDEO


İran tərəfindən İraqda yerləşən ABŞ hərbi hissələrinə hücum edilməzdən əvvəl İranın dövlət və digər televiziya kanallarına müharibə videosu yayımlanıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, dünən axşam, İran ABŞ-ın hərbi hissələrinə hücum etməzdən əvvəl bütün televiziya kanallarında intiqam alacaqlarına işarə edilən video yayımlanıb. Xüsusi qrafikalarla hazırlanan videoda "Böyük intiqam üçün az qaldı, səhər vaxtı yaxınlaşır" kimi ifadələr işlədilib. Görüntülərdə Rusiya istehsalı olan “MİQ 29” və “Su 24” qırıcıları da yer alıb.
Qeyd edək ki, bundan bir neçə saat sonra, İran ordusu ballistik raketlərlə İraqda yerləşən ABŞ hərbi hissələrinə hücum edib.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top