Qasım Süleymani dəfn edildi - YENİLƏNİB


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı olmuş general Qasım Süleymani bu gün dəfn edilib.
Q. Süleymani doğulduğu Kirman şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, dünən izdiham müşahidə olunduğundan dəfn mərasimi təxirə salınıb. Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda 78 nəfər ölüb, 200-dən çox şəxs xəsarət alıb. 

***09:18
ABŞ-ın İraqda apardığı əməliyyat zamanı raket zərbəsi ilə öldürülən İran generalı Qasım Süleymaninin dəfn mərasiminə başlanılıb.
Bu barədə “Press TV” telekanalı məlumat yayıb.
“Süleymaninin dəfn mərasimi onun doğma şəhəri Kermanda icra olunur”, - deyə telekanalın “Twitter” səhifəsində bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top