Dünən hərbi xidmətdən qayıtdı, bu gün dəm qazından öldü


Sabirabadda 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Sabirabad rayonunun Suqovuşan kəndində baş verib.

Suqovşan kənd sakini, 1999-cu il təvəllüdlü Cabbarov Camal Yaqub oğlu vanna otağında çimərkən dəm qazından boğulub.

Qeyd edilir ki, adıçəkilən gənc ötən gün hərbi xidmətini başa vuraraq evinə dönüb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top