
Rusiya Prezidenti Vladimir Putin İstanbula səfər edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, prezidentin yanvarın 7-si üçün üçün planlaşdırılan kütləvi tədbirləri yoxdur və növbəti gün, yanvarın 8-də iş proqramı planlaşdırılır.
Qeyd edək ki, Rusiya lideri Türkiyəyə Suriyadan gəlib. Suriyada o, prezident Bəşər Əsədlə görüşüb, Rusiya Silahlı Qüvvələrinin Suriyadakı komandanlıq məntəqəsinə baş çəkib.//APA