İran: 13 intiqam planı hazırlamışıq, tarixi kabus yaşadacağıq


İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ABŞ-dan intiqam almaq üçün müxtəlif ssenarilər üzərində çalışdıqlarını bildirib.
Yeniavaz.com "Reuters"ə istinadla xəbər verir ki, Əli Şəmxani hazırlanan intiqam planlarından hansının tətbiq ediləcəyinə İranın hələlik qərar vermədiyini bildirib: "Hazırlanan 13 intiqam ssenarisi hazırda nəzərdən keçirilir. Hətta ən zəif intiqamımız belə ABŞ üçün tarixi bir kabus olacaq".
Qeyd edək ki, İran hökuməti general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra intiqam alacaqlarını bildirmişdi. Donald Tramp isə ABŞ-a qarşı həyata keçiriləcək hər hansı intiqam hücumu qarşılığında İranın bir çox vacib və starteji hədəflərini vuracaqlarını bildirmişdi.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top