Zidana kəllə, Materatsiyə söz atdı - VİDEO


"Almeriya" klubunun sahibi Türki Əl-Şeyx "Real"ın baş məşqçisi Zinəddin Zidanla maraqlı videosunu paylaşıb.


Ərəb funksioner zarafatla fransalı mütəxəssisin sinəsindən kəllə vurub.

Əl-Şeyx bununla DÇ-2006-nın finalında Zidanın İtaliya millisinin müdafiəçisi Marko Materatsiyə qarşı etdiyi hərəkəti təkrarlayıb. O, sözügedən videonu "twitter"də paylaşdıqdan sonra italiyalı veteran futbolçuya söz atıb: "Çətin idi, elə deyilmi? Ərəb qanı!".

Materatsi də öz növbəsində atmacanı cavabsız qoymayıb: "Salam, boss. İşlər necədir? Ümid edirəm ki, tezliklə görüşəcəyik".

Zidanla görüşdə həmçinin onun "Real"dan keçmiş komanda yoldaşı, "Almeriya"nın baş məşqçisi Quti də iştirak edib. (Qol.az)

DİGƏR XƏBƏRLƏR

Top