"Atam Oqtay Gülalıyevin səhhətində müsbət hallar artmağa başlayıb".
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyədə müalicəsi davam edən hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev bildirib: "Belə ki, infeksiyalardan və böyrəkdə olan geriləmələrdən tam azad olub. Hərarəti normaldır. Həmçinin hər iki gözlərini açaraq, əllərini hərəkət etdirir. Tezliklə gözəl xəbərləri vermək ümidi ilə".