
İranlı general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən əvvəl yazdığı əl yazısı təqdim edilib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Qasım Süleymaninin qardaşı, generalın ölümündən əvvəl yazdığı qısa məktub barədə danışıb. O bildirib ki, qardaşı bəhs edilən əl yazısı ilə sanki şəhid olacağından xəbərdar idi. Həmin yazıda bu cümlələr qeyd edilib: "Allahım səni görməyə aşiqəm, bizləri qəbul et".
Qeyd edək ki, Süleymaninin üzüyü ilə birgə həmin məktub da qızı Zeynəb Süleymaniyə verilib.
Ruslan Yusibov