
İran Məsləhət Şurasının katibi Möhsün Rızayi, general Qasım Süleymaninin öldürülməsinə görə ABŞ-dan intiqam alacaqlarını bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İran Məsləhət Şurasının katibi Möhsün Rızayi bildirib ki, general Qasım Süleymaninin öldürülməsinə misli ilə cavab veriləcək: "Tramp və əsgərlərindən intiqam alacağıq, bundan heç bir şübhə yoxdur. Əgər bundan sonra ABŞ-ın İrana qarşı yenidən hər hansı hücumu olarsa İsraildə yerləşən ən vacib nöqtələri darmadağın edəcəyik. Biz ABŞ-ın bölgədən tamamilə çıxması üçün səylərimizi davam etdirəcəyik."
Ruslan Yusibov