ABŞ-ın Bağdaddakı səfirliyinə zərbələr endirilməsinin VİDEOSU YAYIMLANDI


Bağdadın mərkəzindəki "Yaşıl zona" nın minaatan atəşinə tutulmasının videosu yayımlanıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Bağdadın mərkəzindəki “Yaşıl zona”  iki dəfə minaatan atəşinə məruz qalıb.
Məlumata görə diplomatik missiya kompleksinin yaxınlığına bir neçə “Katyuşa” tipli raket düşüb.
Onlaran biri ABŞ səfirliyinin binasının yaxınlığında, digəri isə “Yaşıl zona”nın girişindəki nəzarət məntəqəsinin yanında partlayıb. 
İran mənbələrinə görə atəş nəticəsində azı bir ailə zərər çəkib. Ölənlərin olduğu isə istisna edilmir. 

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top