Azərbaycanda ani ödəniş sistemi yaradılır - VİDEO


Azərbaycanda ani ödəniş sistemi yaradılacaq və bank hesablarının açılması avtomatlaşdırılacaq.

Yeniavaz.com-un “Xəzər Xəbər”ə istinadən məlumatına görə, yenilik Azərbaycan Mərkəzi Bankının bu il üçün açıqladığı prioritet istiqamətlərdə öz əksini tapıb.

Bundan əlavə ölkədə nağdsız cəmiyyətin formalaşdırılması istiqamətində fəaliyyətlər davam etdiriləcək. Bu sahədə həyata keçiriləcək ən mühüm layihələrdən biri "Ani ödəniş sistemi"nin yaradılması olacaq.

Həmçinin qeyd olunub ki, Mərkəzi Bank ölkədə pilot olaraq ilk dəfə Blokçeyn texnologiyasına əsaslanan və bank sektorunun inkişafı üçün mühüm olan Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsini həyata keçirir. Layihə nəticəsində müştəri-bank münasibətlərinin rəqəmsallaşması məqsədi ilə fiziki və hüquqi şəxslər tərəfindən məsafədən bank hesablarının açılması üzrə biznes proseslər avtomatlaşacaq.

Ekspert Firuz Manafov bildirir ki, bank hesablarının açılmasının məsafədən icra edilməsi vətəndaşların maliyyə xidmətlərində daha aktiv iştirakını təmin edəcək.

Bundan başqa maliyyə inklüzivliyinin inkişafı üzrə yeni metodların tətbiqi, o cümlədən agent bankçılıq və ödəniş agenti şəbəkəsinin formalaşdırılması, bank olmayan ödəniş xidməti təchizatçılarının assosiasiyasının yaradılması nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top