
Bu gün İraq Baş Naziri Adil Abdul Mehdi parlamentdə çıxış edib.
A. A. Mehdi ABŞ-ın Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymaniyə qarşı həyata keçiriləcək əməliyyat barədə İraq hökumətini məlumatlandırdığını açıqlayıb.
Baş Nazir deyib ki, ABŞ əməliyyatdan bir neçə dəqiqə əvvəl bu barədə İraq hökumətini məlumatlandırıb: “İraq hökuməti ABŞ-ın bu qərarına qarşı çıxdı”.
ABŞ Prezidenti Donald Tramp isə İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib.//APA