Bakıda avtomobillə vurulan qadın xəstəxanada ölüb. Ötən il noyabrın 20-də paytaxtın Nizami rayon sakini, 1969-cu il təvəllüdlü Məmmədova Ruqiyyə İmran qızı yolu keçmək istədiyi zaman minik avtomobili onu vurub.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, o vaxtdan daxili orqanların zədələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən qadın bu gün orada ölüb.Faktla bağlı araşdırma aparılır.