Sabiq nazirin deputatlığa namizəd oğlu 100 manatdan pul paylayıb? - İDDİA

“46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlu seçicilərə pul paylayır”.

Yeniavaz.com xəbər verir ki, bu haqda jurnalist Cavanşir Həsənli öz feyzbuk səhifəsində məlumat yayıb və bildirib ki, R.Camalov sabiq Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.

O iddia edir ki, Şirvan şəhər məktəblərinin bir qrup müəllimini və məntəqə komissiyası üzvlərini "Yeganə" şadlıq sarayına toplayıblar və 100 manat “şirinlik” paylayıblar: “Bu işi də Şirvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev təşkil edib. Samid Abıyev Rəşad Camalovun əmisi, Şirvan şəhər İcra hakimiyyətinin keçmiş başçısı, hazırda Zərdab İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun övladlarının kirvəsidir. Vaxtilə Mərdan Camalovun köməkçisi olub, sadiqliyini qoruyub saxlayıb. İndidən Şirvanda belə rəy yaradıb ki, Rəşad Camalovun xeyir-duası verilib, "seçilib". Mən bilən, bu Camalovun başqa ölkə vətəndaşlığı da olmalıydı axı...”

DİGƏR XƏBƏRLƏR

Top