Mingəçevirdə fəaliyyəti dayandırılmış bağçada yanğın baş verib


Mingəçevir Nizami 21\1 ünavinda keçmiş toxuculuq kominatının nəzdində olan  və fəaliyyəti dayandırılmış 1 nömrəli bağçanın birinci mərtəbəsində taxta arakəsmə konstruksiyalarda 4 kvadratmetr sahədə yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, dərhal yanğın yerinə yanğından mühafizə briqadasının iki maşını cəlb olunub. Yanğını yanğınsöndürmə briqadası söndürüb. Hadisə ətrafda yandırılan kol-kosdan baş verib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top