Bakıda hündürmərtəbəli binada yanğın baş verib - VİDEO

Bakıda hündürmərtəbəli binada yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, hadisə Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2B ünvanında qeydə alınıb. Yanğın 18 mərtəbəli binanın 9-cu mərtəbəsindəki mənzillərin birində meydana gəlib.
Fövqəladə Hallar Nazirliyi baş vermiş yanğınla bağlı məlumat yayıb. Bildirilib ki, yanğın barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub və bildirilib ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2B ünvanında çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindəki mənzildə qeydə alınıb.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb.

Yanğının səbəbləri araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top