
ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar İran generalı Qasım Süleymanini öldürərək müharibəni başlamağa yox, dayandırmağa çalışıb.
"Biz dünən təşəbbüs etdik ki, müharibəni dayandıraq. Biz ona görə təşəbbüs etmədik ki, müharibəyə başlayaq", - Tramp yerli televiziyadakı çıxışında bildirib.
O, həmçinin Süleymanini terror aktlarında ittiham edib.
"Günahsız insanların ölümü Suleymaninin qeyri-sağlam ehtirası idi. O, Nyu-Dehlidən Lonona kimi terror aktlarına töhfə verirdi. Bu gün Süleymaninin bir çox vəhşiliklərinin qurbanlarını yada salırıq və onunla təsəlli tapırıq ki, onun terrora əsaslanan onun idarəçiliyi bitdi. Süleymani son 20 il boyunca Yaxın Şərqin sabitliyi pozmaq üçün terror aktları təşkil edirdi. Onu ki, biz dünən etdik, çoxdan etmək lazım idi, - Tramp bildirib.//Report
Tətbiqimizi yükləyə bilərsiniz