
“Bağdadda İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” xüsusi bölməsinin rəhbəri, general Qasım Süleymaninin öldürülməsi Yaxın Şərqdə yeni müharibəyə səbəb ola bilər”.
Bunu Amerikalı senator Kris Merfi özünün “Twitter ” səhifəsində yazıb. Onun sözlərinə görə, Süleymani birmənalı olaraq ABŞ-ın düşməni olub.
“Sualı başqa cür qoymaq lazımdır: Amerika təsir gücünə görə İranın ikinci şəxsini Konqresin icazəsi olmadan öldürərkən irimiqyaslı regional müharibəni başlaya biləcəyini həqiqiqətən anlayırdımı?” – senator qeyd edib.