Rayondan gəldi, Bakıda piyadanı vurub öldürdü


Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, yanvarın 1-də saat 2 radələrində paytaxtın Nizami rayonu ərazisində Şirvan şəhər sakini S. Mehdiyev idarə etdiyi "Opel" markalı avtomobillə 45-50 yaşlı kişini vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top