Azərbaycanda vəzifəli şəxsin oğlu faciəli şəkildə vəfat etdi


Professor Rəfail Əhmədlinin oğlu zəhərlənmədən dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə report-a təhsil eksperti Etibar Əliyev məlumat verib.
Onun sözlərinə görə, 28 yaşlı Rüfət Əhmədli təxminən iki həftə əvvəl zəhərlənib: “Ailə üzvləri əlamətlərindən onun botulizm (ev şəraitində hazırlanan konservləşdirilmiş qidalardan yaranan zəhərlənmə) xəstəliyindən əziyyət çəkdiyini bilməsələr də, Rüfəti xəstəxanaya yerləşdiriblər. Buna baxmayaraq Rüfət Əhmədli vəfat edib” - deyə, E.Əliyev bildirib. Rafail Əhmədli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) şöbə müdiri olub. O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fәlsәfә vә Hüquq İnstitutunda çalışır.

DİGƏR XƏBƏRLƏR

Top