
Bakının Suraxanı rayonunda qətl törədilib.
Yeniavaz.com  APA-ya  istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
 
1983-cü il təvəllüdlü Dövlətov İlkin İbrahim oğlu naməlum şəxslərlə mübahisə zamanı bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
 
Lakin həkimlərin bütün tibbi yardımlarına baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.
 
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi və Prokurorluğu tərəfindən araşdırma aparılır.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                