Bakıda iki qardaş yoxa çıxdı: Anadan pul tələb edirlər

Bakıda iki qardaş itkin düşüb.

Paytaxtın Yasamal rayonu, Ə.Əhmədov küçəsində yaşayan 1994-cü il təvəllüdlü R.N. və 1996-cı il təvəllüdlü M.N. evdən çıxıb və geri qayıtmayıblar.

Bu barədə hüquq-mühafizə orqanlarına onların anası məlumat verib. 

Ana ərizəsində Kənan adlı şəxsin ona zəng edərək, 2000 manat pul borcunu ödəməsi təqdirdə oğlanlarını ona təhvil verəcəyini qeyd edib.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top