Ərdoğan Liviyaya qoşun göndərilməsi ilə bağlı parlamentə müraciət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyaya hərbi qüvvələrin göndərilməsini təsdiqləyəcək sənədi Böyük Millət Məclisinin (TBMM) müzakirəsinə təqdim edib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, təklif yanvar ayının 2-də  TBMM-nin iclasında müzakirəyə çıxarılacaq.

Parlamentin əksər çoxluğunun bu qərarı dəstəkləyəcəyi ehtimal olunur. Çünki hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyətçi Hərəkat Partiyasının (MHP) millət vəkilləri Liviyaya qoşun göndərilməsini dəstəklədiklərini artıq bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top