Tofiq Musayev “Pitbull”u məğlub edib dünya çempionu oldu - VİDEO

Azərbaycanlı MMA döyüşçüsü Yaponiyanın Saitama şəhərində “Rizin 20” turnirinin qalibi olub.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, azərbaycanlı döyüşçü Qran-Pri turnirinin finalında braziliyalı “Pitbull” ləqəbli Patriki Freyreni məğlub edib. İkinci raundda rəqibini rinqdən kənara atan Tofiq xal hesabına qalib gəlib.

Bununla da Musayev “Rizin” turnirinin yüngül çəkidə dünya çempionu olub.

Qeyd edək ki, Tofiq Musayev bu gün yarımfinalda amerikalı döyüşçü Coni Keysə birinci raundda nokautla qalib gəlib. Sonuncu qələbə Tofiq Musayevin 18-ci qələbəsi olub.

DİGƏR XƏBƏRLƏR

Top