Deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlandı - RƏSMİ


Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2 min 97 nəfər müraciət edib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.
MSK sədri deyib ki, onlardan 1782 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub: “Namizədlərin 452 nəfəri 19 siyasi partiya, 12 nəfər təşəbbüs qrupları tərəfindən irəli sürülüb".
M.Pənahov bildirib ki, müraciət edən şəxslərdən 1535 nəfər artıq imza vərəqələrini götürüb, 290 nəfəri isə imza vərəqini qaytarıb:
“77 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Deputatlığa naamizədliyi qeydə alınanlardan 7-i siyasi partiya üzvüdür”.
Qeyd edək ki, qeydiyyat üçün sənədlərin təqdim edilməsi müddəti 2020-ci il yanvarın 10-u saat 18:00-da başa çatır.

DİGƏR XƏBƏRLƏR

Top