Vətəndaşlar şikayət etdi, polis gəldi, saxlananlar jurnalist çıxdı - DİN-dən RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Nərimanov rayonu ərazisində jurnalistlərin saxlanması ilə bağlı iddialar yer alıb.
Yeniavaz.com
xəbər verir ki, iddialarla bağlı DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov musavat.com saytına açıqlama verib: "Dekabrın 31-i gecə saat 02.10-da Nərimanov rayonu ərazisindəki parkda yerləşən kafelərdən birinin sahibi DİN-in 102 zəng mərkəzinə müraciət edərək bildirib ki, özlərini jurnalist kimi təqdim edən 4 nəfər insanların narahatlığına səbəb olan hərəkətlər edərlər. O, bununla əlaqədar polislərin tədbir görməsini xahiş edib. Ərazidə xidmətdə olan Post-Patrul Xidmətinin əməkdaşları qeyd olunan ünvana gələrək həmin şəxsləri 18-ci Polis Şöbəsinə gətiriblər. Şəxsiyyətləri müəyyən edilərkən onlardan ikisinin - Rəfael Hüseynzadənin və Əvəz Şıxməmmədovun jurnalist, digər iki nəfərin - Elvin Cabbarovun və Əfsan Məmmədovun isə onların tanışları olduğu bilinib. Polis Şöbəsində cəmi 30 dəqiqə ərzində profilaktiki və izahedici söhbət aparıldıqdan, onlar da öz səhvlərini başa düşdükdən və bir də belə hərəkətlərə yol verməyəcəklərinə söz verdikdən sonra sərbəst buraxılıblar".

DİGƏR XƏBƏRLƏR

Top