
"Artıq bu gündən etibarən rəsmi olaraq 61 saylı Neftçala Seçki Dairəsindən 9 fevralda keçiriləcək seçkilərdə Neftçala rayonundan namizədəm"
Yeniavaz.com xəbər verir ki, bu sözləri tanınmış təhsil eksperti Kamran Əsədov özünün feyzbuk sosial şəbəkəsindəki profilində yazıb.
O həmin dairədən ilk qeydə alınmış namizəd olduğunu bildirib: "İnşallah birinci də olacam. Bütün prosesləri bitirdim. Bircə qaldı Neftçalalıların seçkiyə gedib səs verməsi.
Neftçala Rayon İcra hakimiyyətinin rəhbərliyinə, Dairə Seçki Komissiyasının sədri Şaiq bəyə diqqətinə görə təşəkkür edirəm".
Tətbiqimizi yükləyə bilərsiniz