![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2018/9/17/1/834497d1-6a55-495f-9281-4da0e574538d/kreslomemurr.jpg)
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 100-ə yaxın əməkdaşı işdən çıxarılıb.
Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, bunu agentliyin sədri Qorxmaz Təhməzli jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, AQTA-da fəaliyyətə başladığı gündən bu vaxta qədər 100-ə yaxın əməkdaş işinin öhdəsindən gəlmədiyinə görə vəzifəsindən azad olunub: “Neqativ hallarla bağlı agentlik Baş prokurorluğa müraciət edib və üç əməkdaşımızın qeyri-qanuni əməllərdə iştirak etdiyi və əməllərində cinayət tərkibi olduğu aşkarlanıb. Hazırda onlar öz cəzalarını çəkirlər”.
“Bundan sonra da işində nöqsanlara yol verilən şəxslər qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılacaq”, - deyə sədr qeyd edib.