Mehdi Hüseynzadə stadionu təmirdən sonra belə olacaq - FOTO


Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təmir işləri başlayıb.
Yeniavaz.com cempion.az-a istinadən xəbər verir ki yeni stadionun üstü örtülü olacaq.
Ot örtüyü Hollandiyadan sifariş olunacaq. Qaçış zolağı ləğv ediləcək və genişlənmiş ərazidə üstü örtülü iki ehtiyat meydança da tikiləcək. Həmçinin, otelin tikintisi də nəzərdə tutulub. Stadionun tutumuna gəlincə ilkin olaraq 16 min deyilir, ancaq inşaatın gedilşindən asılı olaraq ola bilsin ki, tutum 18 minə yaxın olsun.
Xatırladaq ki, bu yaxınlarda prezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun təmiri ilə bağlı sərəncam imzalayıb. Stadionunun yenidən qurulması məqsədilə Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Top