Təyyarə istehsal edilən müəssisə belə partladı – Yaralılar var – VİDEO


ABŞ-da kommersiya məqsədi ilə istifadə edilən təyyarələrin istehsal edildiyi müəssisə partlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kansas əyalətinin Viçita şəhərində yerləşən Textron aviasiya müəsisəsində baş verib. Xüsusi və kommersiya məqsədli “Cessa” təyyarə seriyasının istehsal edildiyi müəssisədə baş verən partlayış zamanı 15 nəfər yaralanıb.
Qeyd edək ki, hadisə maye azot xəttinin zərər görməsi ilə meydana gəlib.

Firəngiz Quliyeva
 

DİGƏR XƏBƏRLƏR

Top