Oğlundan Əli Həsənovla bağlı AÇIQLAMA: "Atam Avstriyaya gedib"


Dünəndən Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılmasına dair sosial şəbəkələrdə məlumatlar yayılıb.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı Əli Həsənovun oğlu Şamxal Həsənli açıqlama verib.

O bildirib ki, sözügedən məlumatlar əsassızdır: “Atam ürəyindən əməliyyat olunduğuna görə ildə bir neçə dəfə həkim nəzarətindən keçmək üçün Avstriyaya gedir. Dekabrın 25-də növbəti müayinə üçün atam yenidən bu ölkəyə gedərək həkim müayinəsindən keçib. Səhhəti ilə bağlı hər şey qaydasındadır və inşallah, dekabrın 29-u ölkəyə, Bakıya qayıdacaq”.

DİGƏR XƏBƏRLƏR

Top