Təhsil Nazirliyi məktəbləri qızdırmaq üçün taxta qiymətinə odun alır - QİYMƏTLƏR


Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin elan etdiyi  tenderin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tenderin qalibi bu ilin fevral ayının 6-da dövlət qeydiyyatına alınan "Təchizat-RA" MMC olub. Bu şirkət 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan ümumtəhsil məktəblərini odunla təmin edəcək. Təhsil Nazirliyi 2500 kub metr quru meşə odunu üçün "Təchizat-RA" MMC şirkətinə 298 min 799 manat 60 qəpik ödəyəcək. Bu həm də o deməkdir ki, Təhsil Nazirliyi quru meşə odununun 1 kub metrini 120 manata satın alacaq. 
Qeyd edək ki, hazırda 1 kub metr işlənmiş taxtanın ("Çornu pol") qiyməti bazarda 120-150 manat arasında dəyişir.
Məlumat üçün onu da bildirək ki, 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan ümumtəhsil məktəbləri Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd rayonlarının ərazisində yerləşir.

DİGƏR XƏBƏRLƏR

Top