"PAŞA Bank"dan həbs edilən reperlə bağlı RƏSMİ AÇIQLAMA


"PAŞA Bank" ASC repçi Pərviz Quluzadənin saxlanılması ilə bağlı iddialara aydınlıq gətirib.
Yeniavaz.com
həmin açıqlamanı təqdim edir:
"Son günlər bəzi media yayım vasitələrində şou biznes nümayəndəsinin saxlanılması ilə bağlı xəbərlərdə “PAŞA Bank” ASC-nin adı hallandırılır. “PAŞA Bank” ASC adı hallanan şəxsin saxlanması ilə əlaqədar xəbərlərin ümumiyyətlə həqiqətə uyğun olub olmamasına dair məlumatlara malik deyil, şəxsin Bankımızla hər hansı bir bağlılığı və ya əlaqəsinin olmadığını bildirməklə, şəxsin saxlanılması ilə bağlı Bankımız tərəfindən hər hansı hüquqi tədbirlər görülmədiyini bildirmək istəyirik.
Bankımızın adının bu cür qeyri-dəqiq, Bankın işgüzar nüfuzuna xələl gətirə biləcək xəbərlərdə səsləndirilməsinin izləyicilərdə çaşqınlıq yaratmaması və əlavə şayiələrin qarşısını almaq məqsədilə bu rəsmi açıqlamanı paylaşmaq qərarına gəldik.
Kütləvi İnformasiya Vasitələrini, istənilən təşkilatın reputasiyasına və biznes nüfuzuna xələl gətirə biləcək, məlumatlarda adı çəkilən tərəflərin rəsmi mövqeyi sorğulanmadan, bu cür qeyri dəqiq məlumatların və ya şaiyələrin dərc edilərək paylaşılması məsələlərində daha diqqətli və həssas olmağa səsləyirik".
Qeyd edək ki, Binəqədi rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb.
Repçi Paster ləqəbi ilə tanınır.

DİGƏR XƏBƏRLƏR

Top