Brus Linin qızı "fast food" restoranını məhkəməyə verdi


Məşhur aktyor və Kunq fu ustası Brus Linin qızı Şannon Li Real Kunqfu adlı "fast food" restoranlar şəbəkəsini atasının şəklindən reklam üçün istifadə etdikləri üçün məhkəyəmə verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Şannon Li həmin restoranlar şəbəkəsindən məhkəmə vasitəsilə 30 milyon dollar təzminat tələb edir. Çində 600-dən çox filialı olan Real Kunq fu restoranlar şəbəkəsi isə 15 ildir bəhs edilən şəkildən istifadə etdiklərini bildirib. Qeyd edək ki, 1973-cü ildə dünyasını dəyisən Brus Linin bütün mülkiyyət haqları qəzə Şannon Linin başçılıq etdiyi "Bruce Lee Enterprise" adlı şirkətə məxsusdur.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top