Yevlaxda kümçülər maarifləndiriliblər


Baramaçılqda yüksək məhsul əldə etmək üçün kümçülərin düzgün istiqamətlənməsi vacib şərtdir. Bəzən məlumatsızlıq, düzgün qulluq göstərilməməsi barama qurdlarının məhvinə gətirib çıxarır.
Yeniavaz.com xəbər verir ki, belə problemlərin yaşanmaması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan barama istehsalıçıları şurasının üzvləri yerlərdə kümçüləri marifləndirir. Yevlax rayonunda kümçülərlə keçirilən görüşdə ipəkçiliyin inkişafı, barama qurdlarının bəslənməsi və yemlənməsi barədə ətraflı məlumat verilib.
Kümçülər də mariflənmənin vacib olduğunu hesab edirlər. Onlar yemlənmə, qurdların bəslənmə yerlərinin düzgün seçilməsi baxımından yeni bilgilər əldə etdiklərini bildiriblər.
Qeyd edək ki, barama istehsalıçıları şurasının üzvləri 38 rayonda təlimləri həyata keçirəcək.
Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top