Mingəçevirdə valideyin himayəsindən məhrum olan uşaqlar ziyarət edilib - FOTOLAR


Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının Mingəçevir şəhər təşkilatının üzvüləri və Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivi yeni il bayramı münasibəti ilə  Mingəçevirdə yerləşən Uşaq Nevroloji Sanatoriyasında valideyin himayəsindən məhrum olan uşaqları ziyarət ediblər.
Yeniavaz.com xəbər verir ki, sanatoriyanın balaca sakinlərini ziyarətə gələn qadınlar şurası onlar üçün sovqat da gətiriblər. Uşaqlar üçün gətirilən hədiyyələr onlara təqdim olunub. Balacalar Şaxta Babanın və Qar Qızın müşayəti ilə rəqslər edib şeirlər söyləyiblər.


Esmria Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top