Polis avtomobilində azərbaycanlı öldü


Rusiyanın Leninqrad vilayətinin Volosovski rayonunda Azərbaycan vətəndaşı polis avtomobilində ölüb.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, polislər işıqlarını yandırmayan avtomobili saxlayıblar. Onlar, azərbaycanlı sürücünü protokol tərtib etmək üçün polis avtomobilinə dəvət ediblər. Avtomobilə oturan sürücü anidən boğulmağa başlayıb. Polis əməkdaşları dərhal təcili tibbi yardım çağırıblar. Lakin, sürücü həkimlər gələnə qədər avtomobildə infarkt keçirərək ölüb.
Məlum olub ki, 57 yaşlı sürücü Sankt-Peterburqda müvəqqəti qeydiyyatda olan Azərbaycan vətəndaşıdır. Axtarış zamanı onun avtomobilində kardioloji dərmanlar aşkarlanıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top