İranda Atom Elektrik Stansiyasının yaxınlığında güclü zəlzələ baş verib


İranda 5,2 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com independentturkish.com-a istinadla xəbər verir ki, İranda Atom Elektrik Stansiyasının 50 kilometr uzaqlığında 5,1 bal gücündə zəlzələ baş verib. Verilən məlumatlara görə, AES-ə hər hansı zərərin dəyib-dəymədiyi hələlik bilinmir. Qeyd edək ki, zəlzələ baş verən ərazidə yerləşən AES Rusiya tərəfindən inşa edilib və 2013-cü ildən xidmət göstərir. 2016-cı ildə həmin yerdə 2 nüvə reaktorunun inşasına başlanılıb və 2026-cı ildə təhvil veriləcəyi gözlənilir.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top