Vilayət Eyvazov Ramil Usubovun oğluna yüksək vəzifə verdi - ƏMR

Daxili İşlər Nazirliyində yeni təyinat olub.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə görə, sabiq daxili işlər naziri Ramil Usubovun kiçik oğlu, polkovnik Raul Usubov Qaradağ rayon Polis İdarəsinin Mühafizə İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, Raul Usubov indiyə qədər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top