Qazaxıstanda qəzaya uğrayan təyyarədə azərbaycanlı var? - XİN-dən AÇIQLAMA


Ölkəmizin Qazaxıstandakı səfirliyinin verdiyi məlumata əsasən Almatıda baş vermiş təyyarə qəzası nəticəsində xəsarət alanlar arasında azərbaycanlıların olması ilə bağlı hələ ki, məlumat daxil olmayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
Qeyd edək ki, Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus "Fokker 100" tipli sərnişin təyyarəsi Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər ölüb, daha 35 nəfər xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top