Qazaxıstanda baş verən təyyarə qəzasında ölənlərin sayı artır - VİDEO - YENİLƏNİB

Qazaxıstanda baş verən təyyarə qəzasında ölənlərin sayı artıb.
Yeniavaz.com
"Reuters"-ə istinadla xəbər verir ki, son məlumatlara əsasən qəzada 14 nəfərin öldüyü, 35 nəfərin isə yaralandığı bildirilir.  Yaralılardan 22-nin vəziyyəti ağır olaraq qiymətləndirilir. Ölənlər arasında uşaqların da olduğu, 8 uşağın isə xilas edildiyi deyilib. Qəzanın dəqiq səbəbi bilinməsə də ilkin ehtimallara görə, sıx duman təyyarənin düşməsinə səbəb olub.

***       08:56

Qazaxıstanın "Bek Air" şirkətinə məxsus “Fokker 100” təyyarəsi Alma-Ata hava limanı yaxınlığında qəzaya uğrayıb.

TASS xəbər verir ki, Alma-Ata – Nur-Sultan reysi ilə uçan təyyarənin göyərtəsində 95 sərnişin və 5 heyət üzvü olub.

Təyyarədə havada hündürlük yığdığı zamanı nasazlığın baş verdiyi bildirirlir. Yerə düşən hava gəmisi beton arakəsməyə və ikimərtəbəli tikiliyə çırpılıb.

Qəza yerində dərhal xilasetmə işləri başlayıb: sərnişinlər və heyət üzvləri təxliyə olunub, yanğının qarşısı alınıb.

İlkin məlumata görə, qəza nəticəsində azı yeddi nəfər ölüb.

(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top