Vahid Ələkbərovun bu ilki qazancı məlum oldu


“Forbes” jurnalı  2019-cu ildə Rusiyanın ən zəngin milyarderlərin siyahısını təqdim edib.
Yeniavaz.com
jurnalın rəsmi saytına istinadən xəbər verir ki, siyahıya “Nornikel” şirkətinin prezidenti Vladimir Potanin liderlik edir. O, cari ildə 7,8 milyard dollar qazanaraq sərvətini 23,8 milyard dollara yüksəldib.
 İkinci yerdə “Sibura” və “Novatek” iri auksionerlərinin rəhbəri Leonid Mikelson qərarlaşıb. İş adamı bu il 5,9 milyard dollar əldə edərək sərvətini 27 milyard dollara çatdırıb.
Üçüncü yerdə isə “Lukoyl” şirkətinin əslən azərbaycanlı sahibi Vahid Ələkbərov qərarlaşıb. O, cari ildə 5,3 milyard dollar gəlir əldə edərək, sərvətini 23,8 milyard dollara yüksəldib.
Biznesmen və Vladimir Putinin dostu Qennedi Timçenko dördüncü yerdə qərarlaşıb. O, 4,1 dollar gəlir əldə edərək sərvətini 22,7 milyard dollara yüksəldib. 
Beşinci yerdə isə “Severstali” şirkətinin direktorlar şurasının sədri Aleksey Mordaşov qərarlaşıb. Biznesmen 3,8 milyard dollar əldə edib. Onun hal-hazırda 20,2 milyard dollar sərvəti var.
Jurnal eyni zamanda onu da  qeyd edib ki, siyahıda olan şəxslər öz sərvətlərini iri neft, qaz və metallurgiya şirkətlərinin səhmlərinə sahib olmaq hesabına artırıblar.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top