
İraq Prezidenti istefa verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Al Arabiya" məlumat yayıb.
Məlumata görə, İraq prezidenti Barham Saleh istefasını parlamentə təqdim edib.
Saleh deputatlara müraciətində qeyd edib ki, siyasi və parlament fəaliyyəti xalqın ən yüksək maraqlarına cavab verməlidir.
Dövlət başçısı son dərəcə çətin siyasi vəziyyət və tərəflər yeni baş nazir haqqında razılığa gələ bilmədiyinə görə istefa ərizəsini parlamentə təqdim edib.