İcbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərin tariflərinin hesablanması qaydası müəyyənləşəcək


Azərbaycanda icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması qaydası müəyyənləşəcək.
Yeniavaz.com
xəbər verir ki, bu, Prezident İlham Əliyevin dekabrın 24-də imzaladığı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabinetinə 3 ay müddətində icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması qaydasını müəyyən etmək tapşırılıb. Nazirlər Kabineti bu müddət ərzində  sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət qaydasını da müəyyən etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top