Mingəçevirin icra başçısı sakinlərlə görüşüb - FOTO


Mingəçevirin icra başçısı İlham İsmayılov uzun müddətdir sosial problemləri ilə diqqətdən kənarda qalan Tərəvəzçilik yaşayış massivində yaşayan sakinlərin problemləri ilə maraqlanıb.
Yeniavaz.com xəbər verir ki, İlham İsmayılov  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar arədə ətraflı məlumat verib. O, bildirib ki, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin problemlərini öyrənmək və tez bir zamanda həllinə nail olmaqdır: "İstər şəhərin qəsəbəsi olsun ,istərsə də massivi ,şəhərin hər bir yeri abadlaşacaq və sakinlərin rahat yaşaması üçün əlimizdən gələni əsirgəməyəcəyik". Görüşdə  Mingəçevir Tərəvəzçilik yaşayış massivinin sakinləri illərdir yığılıb qalan problemlərini dilə gətirib. Sakinlər əvvəlcə şəhərdə görülən işlərlə bağlı minnədarlıq bildiriblər. Daha sonra onları daha çox narahat edən problemlərdən danışan sakinlər bildiriblər ki, illərdir massivin problemləri üst-üstə yığılıb qalıb. Çıxış edən sakinlər kənd yollarının bərbad olması, işıqlanma, qaz, məktəb yollarının bərbad vəziyyəti, sahibsiz itlərin hücumu, torpaq sahələrinin suvarılması, məişət tullantısının daşınması problemi, uşaq bağçasının olmaması və digər sosial problemləri dilə gətiriblər.

İcra başçısı daha sonra şəhid ailələrinin Qarabağ əlilərinin, az təminatlı ailələrin uşaqları üçün Mingəçevir Dövlət Dram teatırında düzənlənən yeni il şənliyi tədbirində iştirak edib. Tədbirdə çıxış edən icra başçısı bütün uşaqları və ailələrinə təbriklərini çatdırıb.

DİGƏR XƏBƏRLƏR

Top