Şabranda soyğunçuluq edən bu şəxslər axtarılır - FOTOROBOT


Şabran rayonunda soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər axtarılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya məlumat verilib. Məlumata görə, həmin şəxslərin əlamətləri belədir: hər ikisinin boyu təxminən 175-180 sm, arıq bədən quruluşlu, qısa qara  saçlı və az saqqallı olublar. Hadisəni törədərkən əyinlərində cins şalvar və tünd rəngli üst geyimi olub. Lakin zərərçəkmişin üzünü aydın gördüyü soyğunçunun sol qulağında sırğa və sağ gözü ətrafında çapıq olub.  Zərərçəkənin ifadəsi əsasında soyğunçulardan birinin fotorobotu hazırlanıb. 
Onları tanıyan və görənlər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şabran RPŞ-nə və ya şəhər telefonlarından 023-353-23-05 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top