Maria Stadnik: "Hər kəs gördüyü işə görə layiqli pul almalıdır" - VİDEO


İTV telekanalında yayımlanan “3D” verilişinin budəfəki qonağı ikiqat dünya və Avropa çempionu, Azərbaycanın qadınlardan ibarət güləş millisinin üzvü Maria Stadnik olub.
Yeniavaz.com xəbər verir ki, o, Ukraynadan Azərbaycan komandasına necə gəldiyi barədə danışıb.
“Məni Ukraynada tapdılar. Bizdə yarış keçirilirdi, mənim də dopinqə görə olan diskvalifikasiyam var idi. O yarışda iştirak etməliydim, lakin... Ukraynada o zaman olimpiya çempionu var idi, analıq məzuniyyətindən qayıdırdı. Düşünürəm ki, o, rəqabətdən qorxurdu və baş məşqçiyə dedi ki, məni yarışa buraxmasınlar. Biz təbii ki, səs-küy saldıq. Amma mənə dedilər ki, hələ cavanam və s. Həmin yarışda Azərbaycan komandası da var idi. Məşqçilər bizə yaxınlaşdılar, bu halı gördülər və mənə təklif etdilər ki, əgər problemimiz varsa, alınmırsa Azərbaycan komandasında sınayaq”-deyə, M.Stadnik qeyd edib.
O, eyni zamanda öz ölkəsinin ona inanmadığını və onların belə addım atmaqlarının xətrinə dəydiyini bildirib.
M.Stadnik idmançılara müəllimlərdən və həkimlərdən daha çox pul veriməsinə də münasibət bildirib. O, hər kəsin gördüyü işə görə pul almalı olduğunu qeyd edib: “Mən düşünürəm ki, hər kəs gördüyü işə görə layiqli pul almalıdır. İdmançı - belə demək olarsa, daha populyar peşə sahibidir, çünki o, ölkəni təmsil edir. Beynəlxalq arenalarda ölkənin simasıdır. Ona görə də yəqin ki, idmançılara müəllimlərdən və həkimlərdən daha çox pul ödənilir. Lakin bu o demək deyil ki, müəllim, həkim və s peşələr daha az vacibdir...”.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top